• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Nəbatat Bağında ağac kəsilməsi faktı ilə əlaqədar cinayət işi açıldı

Nəbatat Bağında ağac kəsilməsi faktı ilə əlaqədar cinayət işi açıldı
17.04.2014 17:30
AMEA-nın Mərkəzi Nəbatat Bağında ağac kəsilməsi ilə bağlı cinayət işi açılıb.Səbail Rayon Polis İdarəsindən (RPİ) APA-ya verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı Şəhəri Ekologiya və Təbii Sərvətlər Departamentinin Səbail RPİ-yə ünvanlanmış müraciətinə əsasən, 5 aprel 2014-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Abasqulu Abbaszadə19/25 ünvanında yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatət bağında 0.30 hektar ərazidə köküstü yaş halda 40 ədəd 4-7 illik həmişəyaşıl Eldar şamı və Sərv növündə ağacların qanunsuz kəsilməsi, habelə kökündən çıxarılaraq məhv edilməsi  faktı aşkar edilib. Ağacların məhv edilməsi nəticəsində dövlətə 360 manat ziyan dəyib. Faktla bağlı Səbail RPİ-də Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə, meşələrdə və ya qoruqlarda ağacların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ağacların qanunsuz qırılması və çıxarılması hallarını kəskin tənqid edib. Prezident qeyd edib ki, nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə haradasa ağac ya köçürülə, ya kəsilə bilər: “Vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir, ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu vicdansızlıqdır, bu biabırçılıqdır, bu cinayətdir”. Ağackəsmənin tam şəkildə dayandırılmasını zəruri sayan prezident İ.Əliyev aidiyyəti qurumları təkliflərini təqdim etməyə çağırıb: “Biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun, ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəmiyyət 11:46
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Cəmiyyət 11:20
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Cəmiyyət 11:18
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Cəmiyyət 10:19
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Cəmiyyət 09:25
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol