• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Naxçıvanda genişmiqyaslı təlimlər başa çatdı

Naxçıvanda genişmiqyaslı təlimlər başa çatdı
17.04.2014 15:27
Naxçıvanda keçirilən genişmiqyaslı təlimlər başa çatıb.Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2014-cü ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən genişmiqyaslı hərbi təlimlərin aktiv fazası yekunlaşıb. Təlimlərdə Əlahiddə Ümumqoşun Ordusunun tərkibindəki hissə və bölmələrin 20.000 (iyirmi minə) yaxın şəxsi heyəti, 400 ədəd zirehli texnikası, aviasiya, hava hücumundan müdafiə sistemləri, raket və artilleriya qoşunlarının qüvvə və vasitələri, o cümlədən, xüsusi təyinatlı qüvvələr iştirak edib. Təlimlər zamanı tank, piyadaların döyüş maşınları, raket, artilleriya, minaatan qurğulardan və atıcı silahlardan döyüş sursatları ilə praktiki atışlar icra edilib, xüsusi təyinatlı bölmələr isə birbaşa təyinatları üzrə qarşıya qoyulmuş tapşırıqları praktiki olaraq yerinə yetiriblər. Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimdə iştirak edən qüvvələrin döyüş və səhra bacarıqlarını yüksək qiymətləndirib və təlimin nəticələrindən razı qaldığını bildirib. Müdafiə naziri Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin yerləşdiyi hərbi şəhərciklərə baş çəkərkən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Naxçıvan Muxtar Respublikasının rəhbərliyi tərəfindən hərbi qulluqçular və onların ailə üzvləri üçün yaradılmış sosial-məişət şəraitinin yüksək səviyyədə olmasını xüsusi qeyd edib.Təlimləri Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini, Müdafiə məsələləri üzrə Prezidentin köməkçisi general-leytenant Vahid Əliyev müşahidə edib.ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəmiyyət 11:46
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Cəmiyyət 11:20
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Cəmiyyət 11:18
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Cəmiyyət 10:19
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Cəmiyyət 09:25
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol