• $
  • £

“Yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi müzakirə edilib

“Yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi müzakirə edilib
18.08.2022 16:42
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin(SOCAR) prezidenti Rövşən Nəcəf ilə "Fortescue Metals Group”un sədri və təsisçisi Endrü Forestin görüşündə "yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi müzakirə edilib. Bu barədə SOCAR məlumat yayıb.
 
Avqustun 17-də Azərbaycanda baş tutan görüşdə  Endrü Forest "Fortescue Metals Group”un törəmə müəssisəsi olan "Fortescue Future İndustries”(FFİ) şirkətinin bərpaolunan enerji, yaşıl hidrogen, ammonyak və sintetik metan kimi dayanıqlı yanacaq sahələrindəki fəaliyyəti və əldə etdiyi nailiyyətlərdən bəhs edib.

""Fortescue Future İndustries”(FFİ) şirkəti Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərməkdə maraqlıdır”,- Endrü Forest çərşənbə günü baş tutmuş görüşdə bildirib.
 
Rövşən Nəcəf SOCAR-ın dekarbonizasiya və bərpaolunan enerji sahələrindəki hədəflərindən və bu istiqamətdə atılan addımlardan məlumat verib.
 
Söhbət zamanı tərəflər arasında mövcud neft-qaz və neft-kimya əməliyyatlarının dekarbonizasiyası, Azərbaycanda "yaşıl enerji” əməliyyatlarının genişləndirilməsi məqsədilə FFI-nin SOCAR-ın mövcud obyektlərindən və infrastrukturundan istifadəsi, həmçinin digər istiqamətlərdə potensial əməkdaşlıq imkanları müzakirə edilib.

2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının  Ermənistan işğaldan azad edilmiş ərazilərində "Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn tapşırıqların icrası, həmçinin işğaldan azad olunmuş ərazilərdə "Yaşıl Enerji Zonası”nın yaradılması ilə əlaqədar Konsepsiyanın və Baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi istiqamətində Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO” şirkəti arasında müqavilə imzalanmışdır. Həmin ildə  qəbul edilmiş "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq "Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydaları” və "Bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin Əsasnaməsi”nin layihələri hazırlanıb.
 
2030-cu il üçün isə bərpa olunan enerjinin ümumi enerji istehsalındakı payının 30 %-ə çatdırılması hədəfə alınıb. 
 
Azərbaycan Energetika Nazirliyinin məlumatına görə, Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı 27000 MVt olaraq dəyərləndirilir. Bunun 23000 MVt-ı günəş, 3000 MVt-ı isə külək enerjisinin payına düşür. Günəş enerjisi üzrə, demək olar ki, bütün ölkə ərazisində layihələrin həyata keçirilməsi mümkündür. Külək enerjisi üzrə isə Xəzər akvatoriyasında, Abşeron yarımadasında, Bakıda, habelə Xızı rayonu daha əlverişili sayılır. Bununla yanaşı, Qarabağ bölgəsinin də alternativ enerji potenisalı kifayət qədər yüksəkdir . İlkin qiymətləndirməyə görə, bölgənin günəş enerjisi potensialı 4000 MVt, külək enerjisi potensialı isə 500 MVt-dır. Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha yüksək qiymətləndirilir. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik surəti 7-8 m/s təşkil edir ki, bu da külək enerjisinin istehsalı baxımından yüksək qiymətləndirilə bilər. Azərbaycanda yerli su ehtiyatlarının 25%-nin Qarabağda formalaşdığı nəzərə alınmaqla, Tərtər, Bazarçay, Həkəri kimi əsas çaylar və onların qollarından elektrik enerjisi istehsalı əlverişli sayılır.

Yaşıl enerji günəş işığı, külək, yağış, gelgit, bitki, yosun və geotermal istilik kimi təbii mənbələrdən gəlir. Bu enerji mənbələri yenilənə bilər, yəni təbii olaraq yenilənir.

Sadiq Cavadov
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol