Bu azərbaycanlının 500 milyonu var - “Forbes”
Dünya şöhrətli “Forbes” jurnalı 2014-cü ilin ilk rübündə Rusiyanın ən varlı adamlarının reytinq-siyahısını dərc edib.“Axar.az” xəbər verir ki, siyahıya özbək əsilli milyarder Əlişir Osmanov başçılıq edir. Onun varidatı 18, 6 milyard dollar dəyərində qiymətləndirilir. İkinci və üçüncü yeləri 17,6 və 17, 1 milyard dollarla Mixail Fridamanla Viktor Vekselberq tutur.Siyahıda azərbaycanlılar da yer alıb. “Lukoyl”un prezidenti Vahid Ələkbərov son 3 ayda 1 milyarda yaxın pul itirsə də, 13 milyard dollarla 7-ci sırada qərarlaşıb. Ələkbərovdan başqa siyahıda 3, 6 milyard dollarla əslən Qubadan olan milyarderlər Qod Nisanov və Zarax İliyev, habelə göyçaylı oliqarx Fərhad Əliyev (1, 8 milyard), Araz Ağalarov (1, 7 milyard), Telman İsmayılov (700 milyon) yer alıblar.Amma ən maraqıl məqam Putinin azərbaycanlı dostu İlham Rəhimovla bağlıdır. Azərbaycanlı professorun adı ilk dəfədir ki, bu siyahıdadır. Onun varidatı isə nə az, nə çox - 500 milyon dollar dəyərində qiymətlənidirilib və 187-ci yerdə qərarlaşıb.
ANNET.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox