• $
  • £

Duqinin qızını ukraynalılar öldürtdürüb? - Hadisənin DETALLARI

Duqinin qızını ukraynalılar öldürtdürüb? - Hadisənin DETALLARI
21.08.2022 12:20
Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində "Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib.
 
İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.
 
Modern.az xəbər verir ki, Duqina və atası avqustun 20-də "Ənənələr” festivalında iştirak ediblər. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin tədbirdən qızı ilə birlikdə qayıtmalı olsa da, son anda fikrini dəyişib. Hətta ata və qızının birlikdə gəzintiyə çıxmağa hazırlaşdığı deyilirdi.Hüquq-mühafizə orqanları avtomobilə partlayıcı qurğu yerləşdirildiyini və hədəfin məhz Aleksandr Duqin olduğunu ehtimal edir. Bu baxımdan hazırda hakimiyyət sui-qəsd ehtimalını nəzərdən keçirir. 
 
Nəqliyyat vasitəsinin Aleksandr Duqinə məxsus olması əsl hədəfin onun qızı Darya Duqina olmadığına dair iddiaları gündəmə gətirir. 
 
Bildirilir ki, hadisəni törədən şəxslər Aleksandr Duqinin avtomobildə olduğunu zənn edərək, partlayış törədiblər.Duqin Rusiyanın Ukraynaya qarşı təcavüzünün memarı və ya "mənəvi atası” hesab olunur. İfrat sağçı rus yazıçısı və ideoloqu Duqinin Rusiya Prezidenti Vladimir Putinlə yaxın münasibətdə olduğu, onun qərarlarına əhəmiyyətli dərəcədə təsir göstərdiyi söylənilir. Hətta onu tez-tez "Putinin beyni” adlandırırlar.
 
Partlayışın kimlər tərəfindən və niyə törədilməsi sual doğurur. Bəzi mənbələr hadisənin Ukrayna tərəfindən qəsdən törədildiyini iddia edir. Lakin digər versiyalar da istisna deyil.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol