• $
  • £

Rusiya nə qədər itki verib? - AÇIQLAMA

Rusiya nə qədər itki verib? - AÇIQLAMA
24.08.2022 10:29
2022-ci il fevralın 24-dən avqustun 24-ə kimi Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən  45 700  qədər canlı qüvvə itirdiyini bəyan edib. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında bildirilib.

Qərargahdan verilən məlumata görə, Rusiyanın digər döyüş itkiləri 1 924 tank, 4 243 zirehli döyüş maşını, 1036 artilleriya sistemi, 266 reaktiv yaylım atəşi sistemi, 147 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 199 helikopter, 819 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 160 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Rusiyanın Müdafiə Nazirliyi son aylar Ukraynada verdiyi itkilərin sayını açıqlamır.

Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ İranın təklifinə cavab hazırlayır
Dünya 11:00
ABŞ İranın təklifinə cavab hazırlayır
Media: Tramp Kral III Çarlzla görüşdə protokolu pozub
Dünya 10:05
Media: Tramp Kral III Çarlzla görüşdə protokolu pozub
NATO illik sammitlərdən imtina edə bilər
Dünya 00:01
NATO illik sammitlərdən imtina edə bilər
Bəhreyn İranın hücumlarını dəstəkləyən 69 nəfəri vətəndaşlıqdan məhrum edib
Dünya 22:31
Bəhreyn İranın hücumlarını dəstəkləyən 69 nəfəri vətəndaşlıqdan məhrum edib

Türkiyədə zəlzələ olub
Dünya 17:15
Türkiyədə zəlzələ olub

Putin Əraqçini qəbul edib
Dünya 17:04
Putin Əraqçini qəbul edib
"Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırıb
Dünya 15:38
"Hizbullah" lideri İsraillə danışıqları dayandırmağa çağırıb

Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Dünya 15:20
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb

Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Dünya 15:03
Aİ lideri: İrana qarşı sanksiyaları ləğv etmək üçün çox tezdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol