• $
  • £

Ukrayna sona qədər mübarizə aparacaq - Zelenskidən çıxış

Ukrayna sona qədər mübarizə aparacaq - Zelenskidən çıxış
25.08.2022 11:22
Ukraynalılar öz torpaqları uğrunda sona qədər mübarizə aparacaq. Bir vaxtlar müharibənin sülh nəticəsində başa çatacağı deyilsə də, indi Ukrayna qələbə istəyir. Bunu  avqustun 24-də Kiyevin Müstəqillik Meydanından video müraciət edən Zelenski deyib.

"Biz əlimizi yalnız bir dəfə qaldıracağıq və o zaman qələbəmizi qeyd edəcəyik. Çünki biz torpaqlarımız və xalqımızla alver etmirik. Bizim üçün Ukrayna 25 regionun hamısı, heç bir güzəşt və kompromisdən ibarət olmayan Ukraynadır”, -  Zelenski bildirib.

Zelenski Ukraynanın Şərqi Donbas regionu və Krım üzərində nəzarəti bərpa edəcəyini deyib.

"Əsgərlərinizin ölməsini istəmirsiniz? - Torpaqlarımızı tərk edin. Analarınızın ağlamasını istəmirsiniz? - Torpaqlarımızı tərk edin. Bunlar bizim sadə və aydın şərtlərimizdir”, - o əlavə edib.
 
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman Qasımova 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail ordusu Livan əhalisinə çağırış edib
Dünya 18:09
İsrail ordusu Livan əhalisinə çağırış edib
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Dünya 15:30
Putin və Tramp zərurət yaranarsa məxfi təkbətək görüş keçirə bilər
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
Dünya 14:26
Trampın qızıl kartını əldə etmək üçün 1 milyon dollarınızdan keçməlisiz
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Dünya 23:05
İrəvanda Türkiyə bayrağı yandırılıb - Video
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
Dünya 23:00
Tramp Ağ Evdə Livan və İsrail arasında keçiriləcək danışıqlarda şəxsən iştirak edəcək
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Dünya 22:15
İsrail İrana hücum üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Dünya 20:39
Gürcüstanın sabiq müdafiə naziri 10 il müddətinə həbs edilib
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Dünya 19:30
Türkiyə ilə Britaniya arasında strateji tərəfdaşlıq sənədi imzalanıb
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Dünya 19:04
Qalstanyanın həbs müddəti növbəti dəfə uzadılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol