• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Prezident ABŞ hərbi gəmisinə çıxıb Qarabağ bəyanatı verdi

Prezident ABŞ hərbi gəmisinə çıxıb Qarabağ bəyanatı verdi
15.04.2014 17:43

Baseskunun sözlərinə görə, o, hətta Rusiyanı qəzəbləndirməklə risk etsə də deməyə bilməz ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyət daşıyır “Postsovet məkanında bütün dondurulmuş münaqişələrin açarı Moskvanın əlindədir. O, öz maraqlarından asılı olaraq bu münaqişələri çox tezliklə həll də edə bilər, partlada da bilər - növbə ilə və ya hamısını birdən”.Virtualaz.org saytı xəbər verir ki, bu bəyanatla Rumıniya prezidenti Trayan Basesku ABŞ Hərbi Dəniz Qüvvələrinin hazırda Qara dənizdə olan “USS Donald Cook” esminetsinin göyərtəsində keçirdiyi mətbuat konfransında çıxış edib. Hərbi gəmi Rumıniyanın Konstanta limanında lövbər salıb.T.Baseskunun sözlərinə görə, o, hətta Rusiyanı qəzəbləndirməklə risk etsə də deməyə bilməz ki, Moskva Dağlıq Qarabağ münaqişəsinə görə məsuliyyət daşıyır.“Rusiya Abxaziyanı, Cənubi Osetiyanı, Dnestryanı bölgəni işğal edib, indi də Krımı ilhaq edib. Lakin bu, o demək deyil ki, mən Rusiyanın düşməniyəm” - deyə Rumıniya prezidenti bildirib.Trayan Basesku əlavə edib ki, əgər bu deyilənlər Moskvanı qəzəbləndirsə belə Rusiya onu düşmən kimi görməməlidir: “Mən təkcə dostluq xatirinə deməyə bilmərəm ki, Qara dəniz ətrafında oddan dairə yaradılır: Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya, Dnestryanı, indi isə Krım. Hesab edirəm ki, biz coğrafiyanı eyni ölçüdə bilirik - həm biz Buxarestdə, həm də diplomatlar Moskvadan”.T.Basesku deyib ki, Qara dənizə tamamilə Rusiya qüvvələri tərəfindən nəzarət olunur. O cümlədən Moskvanın idarə etdiyi dondurulmuş münaqişələr vasitəsilə. ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
İranda dövlət televiziyası etirazçıları “terrorçu” adlandırır
Dünya 10:51
İranda dövlət televiziyası etirazçıları “terrorçu” adlandırır
Tramp İrana xəbərdarlıq edib: Etirazçılar öldürülərsə, “çox güclü” zərbələr olacaq
Dünya 08:56
Tramp İrana xəbərdarlıq edib: Etirazçılar öldürülərsə, “çox güclü” zərbələr olacaq
Böyük Britaniyada "X" (Twitter) qadağan edilə bilər
Dünya 08:27
Böyük Britaniyada "X" (Twitter) qadağan edilə bilər
İranda etiraz aksiyaları səngimir
Dünya 07:55
İranda etiraz aksiyaları səngimir
Donald Tramp yanvarın 13-də Rza Pəhləvi ilə görüşəcək
Dünya 07:47
Donald Tramp yanvarın 13-də Rza Pəhləvi ilə görüşəcək
İranda internet və mobil rabitə kəsilib
Dünya 00:30
İranda internet və mobil rabitə kəsilib
Venesuelada xeyli sayda məhbus azadlığa buraxılacaq
Dünya 00:07
Venesuelada xeyli sayda məhbus azadlığa buraxılacaq
Rusiyalı jurnalist Parisdəki evində ölü tapıldı
Dünya 23:30
Rusiyalı jurnalist Parisdəki evində ölü tapıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol