• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Yol bağlananda bizə SMS gələcək - YENİLİK

Yol bağlananda bizə SMS gələcək - YENİLİK
13.04.2014 12:17

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2014-cü il 4 mart tarixli 917-IVQD nömrəli qanunun tətbiqi barədə fərman verib.

Nazirlər Kabinetinə tapşırılıb ki, qanunların və prezidentin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi haqqında Əsasnamənin layihəsini  üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Eyni zamanda foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalar barədə nəqliyyat vasitəsinin istifadəçisinə məlumat verilməsi, yolların müvəqqəti bağlanması və bu sahədə digər tədbirlərlə bağlı SMS məlumatlandırma sisteminin üç ay müddətində  Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə yaradılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Fərmana əsasən, İnzibati Xətalar Məcəlləsində yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə inzibati xəta haqqında iş üzrə icraat SMS məlumatlandırma sistemi yaradıldıqdan sonra həyata keçiriləcək. Yəni xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan elektron sənəd formasında xətanın törədildiyi gün tərtib ediləcək və elektron imza ilə təsdiqlənəcək.  

İnzibati xəta haqqında protokol Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsi icarə müqaviləsi və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi) barəsində tərtib ediləcək. 

Hüquqi şəxsə məxsus olan və sərnişin və ya yük daşıma xidmətləri göstərən nəqliyyat vasitəsi tərəfindən törədilən xəta avtomatik rejimdə işləyən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatlar sorğu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təqdim ediləcək.

APA

Oxşar xəbərlər
Oxşar xəbərlər
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəmiyyət 11:46
Daha bu restoranlarda dəvə qutabı yeyə bilməyəcəsiniz!
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Cəmiyyət 11:20
Cəbrayıl və Füzulidəki yanğınlar söndürülüb
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Cəmiyyət 11:18
Suriya ordusu Hələbdə atəşkəs elan edib
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Cəmiyyət 10:19
Bakı metrosunda sərnişin axını 2025-ci ildə artıb
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Cəmiyyət 09:25
Azərbaycanda 100 yaş və yuxarı pensiyaçıların sayı 304 nəfərdir
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol