• $
  • £

Ərdoğan - Ən pis sülh belə müharibədən daha yaxşıdır

Ərdoğan - Ən pis sülh belə müharibədən daha yaxşıdır
07.10.2022 09:45
Ukraynada ən pis sülh belə müharibədən daha yaxşıdır, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada mətbuat konfransı zamanı bildirib.

"Bugünkü təmaslarımız zamanı bir çox Avropa liderləri Türkiyənin Ukraynadakı münaqişənin həlli istiqamətində atdığı diplomatik addımları yüksək qiymətləndiriblər. Yerlərdə qəbuledilməz hadisələr işimizi çətinləşdirsə də, biz ən pis sülhün belə müharibədən daha yaxşı olduğuna inanaraq münaqişəni sona çatdırmaq üçün səylərimizi davam etdiririk”, -o bildirib.

O, özünü həm Rusiya prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dialoq apara bilən yeganə lider kimi xarakterizə edib.
 
Rusiya 2014-cü ilin fevralında Ukraynanın Krım Muxtar Respublikasını ilhaq edib. Bundan sonra Ukraynanın Donbas bölgəsində hərbi əməliyyatlara başlayıb. 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.
 
Ləman 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Siyasət 19:30
Fransa Martin Ryanın əfv olunmasını alqışlayıb
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
Siyasət 18:07
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr qurulub
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Siyasət 17:33
İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verib
Mansur Yavaş CHP-dən istefa verib
Siyasət 15:25
Mansur Yavaş CHP-dən istefa verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol