Almaniya konsulluğu raket hücumundan zərbə aldı
Kiyevdə Rusiyanın kütləvi raket hücumu zamanı Almaniya konsulluğuna ziyan dəyib. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, konsulluğun viza bölməsi zədələnib.
Kiyevdəki Böll Fondunun keçmiş sədri Sergey Sumlenni raket hücumundan sonra konsulluğun fotosunu çəkərək tvitterdə paylaşıb.
www.anews.az
Bildirilir ki, konsulluğun viza bölməsi zədələnib.
Kiyevdəki Böll Fondunun keçmiş sədri Sergey Sumlenni raket hücumundan sonra konsulluğun fotosunu çəkərək tvitterdə paylaşıb.
O, kansler Olaf Şoltsa və xarici işlər naziri Annalena Burboka müraciət edərək yazıb.
"Bəlkə, siz bir neçə "Leopard” tankı göndərib, vəziyyəti yoxlamaq istərdiniz?"
Oktyabrın 10-da Ukrayna şəhərlərinə ilk dəfə bu qədər çox raket zərbəsi endirilib. Ümumilikdə işğalçılar Ukrayna ərazisinə 80-dən çox raket atıblar.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox