Fransada benzin qıtlığı yaranıb
Ölkənin ən böyük neft emalı zavodlarında baş verən tətillər yanacaqdoldurma məntəqələrinin təxminən üçdə birində yanacaq qıtlığına səbəb olduğu üçün fransız sürücülər benzin tədarükünü təmin etmək üçün mübarizə aparırlar. Bu barədə Blomberg yazıb.
Exxon Mobil Fransanın neft emalı zavodlarında işçi etirazlarına son qoymaq üçün həmkarlar ittifaqları ilə əmək haqqı danışıqlarına başlayıb. Rəqib TotalEnergies SE də eyni addımı ataraq, həmkarlar ittifaqlarını "məsuliyyət hissinə” çağırıb.
Ölkədəki yanacaqdoldurma məntəqələrinin təxminən 30 faizi ən azı bir növ yanacaq çatışmazlığı ilə üzləşib. Bunun fonunda ölkə hakimiyyəti strateji ehtiyatları işə salıb, idxalı artırıb. Paris bölgəsindəki ən azı iki departament fasiləsiz təchizatı təmin etmək üçün yanacaqların bankalarda alınmasına müvəqqəti qadağa tətbiq edib.
İndiyədək tətillər Fransanın yeddi ən böyük neft emalı zavodundan beşinin fəaliyyətini dayandırıb. Fəhlələr bahalı neft və neft məhsullarından əldə edilən gözlənilməz mənfəətin bir hissəsinin əmək haqqının inflyasiya səviyyəsindən yuxarı indeksləşdirilməsinə sərf olunmasını tələb edirlər.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox