• $
  • £

Məhsa Əmininin ölümünə etirazlar davam edir

Məhsa Əmininin ölümünə etirazlar davam edir
11.10.2022 11:36
İranın qərbində 22 yaşlı qadının ölümü ilə bağlı ölkənin şəhər, qəsəbə və kəndlərində atəş və partlayış səsləri eşidilib, etirazlar davam edir. Bu barədə İran mətbuatı məlumat yayıb.

KİV yazır ki, yaxınlıqdakı kənddə təhlükəsizlik qüvvələri  azı bir nəfər öldürüb.

İran rəsmilərinin ölkədə interneti bağlamasına baxmayaraq, Tehran və başqa yerlərdən onlayn videolar yayılıb. Videolarda bəzi qadınların küçələrdə hicabsız yürüşləri, digərlərinin isə dördüncü həftədir davam edən etirazlar zamanı hakimiyyət nümayəndələri ilə üz-üzə durduğu və küçələrdə od yandırdığı əks olunub.
 
"Henqo" təşkilatı Sənəndəcdəki bir məhəllədə gecə səmasında yüksələn tüstü və sürətli atəş səsləri və insanların qışqırtılarının eşidildiyi görüntüləri yayıb.
Zorakılıq nəticəsində insanların xəsarət alıb-almadığı barədə heç bir məlumat verilməyib. "Henqo"nun daha sonra internetə yerləşdirdiyi videoda odlu silahlar və ov tüfəngləri patronları, eləcə də gözyaşardıcı qaz balonlarının toplandığı videonu nümayiş etdirib.

Rəsmilər Tehrandan təxminən 400 kilometr qərbdə yerləşən Sənəndəcdə bazar ertəsi səhər zorakılıqlarla bağlı məlumat verməyib.

Bazar ertəsi yarı rəsmi Fars xəbər agentliyi İranın Kürdüstan vulayətinin qubernatoru İsmayıl Zəreyi Kouşanın heç bir sübut göstərmədən naməlum qrupların şənbə günü "küçələrdə gəncləri öldürməyə cəhd etdiyini" iddia etdiyini bildirib.

"Henqo" təşkilatı "İranın təhlükəsizlik qüvvələri Sənəndəcdən təqribən 100 kilometr cənub-qərbdə yerləşən Salas Babacani kəndində etiraz edən 22 yaşlı gənci güllələyib və gənc aldığı yaralardan ölüb. Atışma zamanı başqalarının da yaralanıb" deyə  bildirilib.
İran rəsmiləri iddiaları cavabsız qoyur.
 
İranda Məhsa Əminin ölümü kütləvi etirazların başlamasına səbəb oldu. Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozmaq ittihamı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib. İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən ölüb.
 
Ləman

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol