Qədr gecəsində içki ilə foto paylaşdı, məhkəməlik oldu
Türkiyədə Qədr gecəsində sosial şəbəkələrdə içki badəsi ilə şəklini paylaşdığı üçün 3 ay 23 günlük həbs cəzası verilən Onur adlı şəxsin bu cəzası ləğv edib. Bu barədə Türkiyə mətbuatı yazıb.
Türkiyənin Apelyasiya məhkəməsinin verdiyi qərara görə, təqsirləndirilən şəxsin əvvəllər məhkumluğunun olmadığını, iclasdakı davranışını nəzərə alaraq əvvəl çıxarılan hökmü ləğv edərək azadlığa buraxıb.
Belə ki, bir neçə ay əvvəl baş tutmuş məhkəmədə prokuror Türkiyə qanunvericiliyinin "İctimaiyyət tərəfindən mənimsənilmiş dəyərləri açıq-aşkar təhqir etmək” maddəsini əsas götürərək təqsirləndirilən şəxsə 1 il 6 ay müddətində həbs cəzası verilməsini istəyib. Növbəti məhkəmə iclasında hakim hökm oxuyub. Qədr gecəsində içki ilə foto paylaşan və fotoya "Rəbbim qəbul etsin” şərhini yazan kişiyə şəxsə 3 ay 22 günlük həbs cəzası verilib. Məhkəmənin qərarının əsaslandırılmasında "Qədr gecəsi”nin İslam dini və İslam dininə etiqad edənlər üçün dini dəyər olduğu, müttəhimin müqəddəs hesab edilən Qədr gecəsi ilə bağlı paylaşımının təhqir olduğu vurğulanıb.
Mühakimə olunan şəxs qərardan apelyasiya şikayəti vermişdi, bu şikayət də təmin olunub.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox