Cənubi Azərbaycanda 5 Fransa vətəndaş saxlanılıb
İranda keçirilən etiraz aksiyaları zamanı Fransanın 5 vətəndaşı saxlanılıb. Bunu Fransanın xarici işlər naziri Katrin Kolonna yerli mediaya bildirib.
Ötən həftə Fransa vətəndaşlarını İran ərazisini dərhal tərk etməyə çağırıb. Bu haqda Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda ikili vətəndaşlığı olanlar da daxil olmaqla, İrandakı bütün Fransa vətəndaşlarına "əsassız həbs riski” olduğu üçün ölkəni tez bir zamanda tərk etmələri tövsiyə edilib.
Həmçinin qeyd olunub ki, İran ikili vətəndaşlığı tanımır və konsulluq əməkdaşları ikili vətəndaşlığı olan Fransa vətəndaşları ilə məhdud əlaqə saxlayırlar.
İran mayda casusluq ittihamı ilə həbs edilən iki Fransa vətəndaşının Fransa Xarici Kəşfiyyat Xidmətində işlədiklərini və bu ölkəyə rejim dəyişikliyinə zəmin yaratmaq üçün gəldiklərini bildirən görüntüləri 6 oktyabrda televiziyada yayımlayıb.
Fransa İranda saxlanılan iki vətəndaşının "casus” olduqlarını söyləməyə məcbur edildiyini, etirafların həqiqətə uyğun olmadığını iddia edib və onların dərhal azad edilməsini tələb edib.
İranın hərbi-polis qüvvələrinin bir aya yaxındır ki, davam edən etirazları yatırması nəticəsində 22-si uşaq olmaqla 185 nəfər ölüb, çoxlu sayda aksiyaçı yaralanıb.
İranda Məhsa Əminin ölümü kütləvi etirazların başlamasına səbəb oldu. Sentyabrın 13-də paytaxta gələn Məhsa Əmini qardaşı ilə birlikdə metrodan çıxdığı zaman hicab taxma qaydalarını pozmaq ittihamı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Gənc qız polis bölməsində işgəncələrə məruz qalıb. Zorakılığa məruz qalan 22 yaşlı qız sentyabrın 16-da Tehranın Kəsra xəstəxanasında həyatını itirib. İranın rəsmi qurumları onun ürək tutmasından öldüyünü iddia etsə də, ailəsi Məhsanın sağlam olduğunu bəyan edib. Bildirilib ki, qız xəstəlikdən deyil, aldığı xəsarətlərdən ölüb.
Ləman
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox