İran uranın zənginləşdirilməsi tempini artırır
İran uranın zənginləşdirilməsi tempini artırır. Bu barədə "dw” xəbər verir ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) oktyabrın 11-də yayılan hesabatında bildirilib.
Məlumata görə, İranın atom proqramı ilə bağlı razılaşmaların bərpasına beynəlxalq səylərin edilməsi fonunda İslam Respublikası uranın zənginləşdirilməsi səylərini artırır.
Vurğulanıb ki, Nətənzdə bu yaxınlarda yeraltı obyektlərdə "IR-6” sentrifuqaların 3 kaskadı quraşdırılıb. Məlumata görə, artıq planlaşdırılan 12 sentrifuqaya əlavə olaraq daha üç kaskad işə salınacaq.
Kaskadlar, bir-birinə bağlı sentrifuqalar nüvə silahı istehsalı üçün yararlı olan uran izotoplarının konsentrasiyasını artırmağa imkan verir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox