• $
  • £

Sberbank neft-qaz sektorunda 3 trilyon rubl dəyərində layihələrə baxılacağını açıqlayıb

Sberbank neft-qaz sektorunda 3 trilyon rubl dəyərində layihələrə baxılacağını açıqlayıb
12.10.2022 22:30
Sberbank neft və qaz layihələrini dəstəkləməkdə maraqlıdır, ona görə də hazırda dəyəri təxminən 3 trilyon rubl olan yeni layihələr nəzərdən keçirilir. Bunu Sberbank İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin deyib.


"Rusiya iqtisadiyyatı üçün əsas bank olan Sberbank irimiqyaslı neft və qaz layihələrini dəstəkləməkdə maraqlıdır. İndi biz təxminən 3 trilyon rubl dəyərində yeni neft-qaz layihələrini nəzərdən keçiririk. Biz həmçinin bazarın dost valyutalara, xüsusən də yuana yönəldiyini görürük”, - Vedyaxin bildirib.


Onun sözlərinə görə, hazırda investisiya layihələrinin, o cümlədən yeni bazarlara yönəldilmiş layihələrin icrası davam etdirilir. Yeni layihələrin konfiqurasiya tələb etməsinə baxmayaraq, şirkətlər onların həyata keçirilməsinə marağını itirməyib.


O əlavə edib ki, neft-qaz şirkətləri artıq sanksiyaların təsirini, eləcə də dövlətin əlavə büdcə vəsaitlərinə ehtiyacını hiss ediblər. Bununla belə, investisiyaların azlığını nəzərə alsaq, vergi yükünün artması sənayenin gələcək inkişafını çətinləşdirə bilər. Ona görə də dövlətlə biznes arasında kompromis tapmaq lazımdır.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol