Zaporojye AES tamamilə enerjisiz qaldı
Rusiya qoşunlarının raket atəşi nəticəsində Dnepropetrovsk vilayətində "Dneprovskaya” yarımstansiyası zədələnib. Bu barədə "UNİAN" xəbər agentliyinə "Enerqoatom” şirkəti məlumat verib.
www.anews.az
Nəticədə Zaporojye Atom Elektrik Stansiyasının (AES) 750 kV-luq "Dneprovskaya” rabitə xəttinin fəaliyyəti dayanıb.
Zaporojye AES-in enerjisi tamamilə kəsilib. Avtomatik rejimdə dizel generatorları işə düşüb.
"Enerqoatom” şirkəti dizel yanacağının daha bir partiyasını hazırlayaraq AES-ə göndərib. Lakin saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi şirkətin maşın karvanının keçməsinə icazə vermir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox