NATO Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməyə diqqət edəcək
NATO-nun baş katibi Yens Stoltenberq alyansa üzv ölkələrin müdafiə nazirlərinin iclası başlamazdan əvvəl NATO-nun Ukraynaya silah tədarükündə hava hücumundan müdafiə sistemlərinə (havadan müdafiə) diqqət yetirəcəyini bildirib. Bu barədə RİA Novosti məlumat yayıb.
Stoltenberqin sözlərinə görə, Kiyevin "görünməmiş eskalasiya” şəraitində mülki obyektləri qorumaq üçün daha çox hava hücumundan müdafiəsinə ehtiyacı var.
"Ukraynanın müdafiə naziri Reznikovla ABŞ-ın başçılıq etdiyi Ukrayna üzrə Təmas Qrupunun bir hissəsi olaraq görüşəcəyik və Ukraynaya dəstəyi müzakirə edəcəyimiz NATO Nazirləri görüşündə əsas prioritet daha çox hava hücumundan müdafiə sistemləri olacaq”, - Stoltenberq bildirib.
O əlavə edib ki, alyansa üzv olan bütün ölkələr Ukraynaya nə qədər vaxt lazımdırsa, ona kömək etməyə hazırdır.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bir müddət əvvəl bildirmişdi ki, Finlandiyanın hələ Şimali Atlantika Alyansının faktiki üzvü olmamasına baxmayaraq, ölkəsi birbaşa təhdid halında NATO üzvü olan ölkələrdən dəstək alıb.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox