NASA Aya kosmik gəminin göndəriləcəyi tarixi AÇIQLADI
"Orion” kosmik gəmisi ilə birlikdə "Space Launch System” (SLS) super ağır daşıyıcı aparatının Aya buraxılması üzrə növbəti cəhd noyabrın 14-nə planlaşdırılıb.
Bu barədə "TASS" agentliyinə Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.
www.anews.az
Bu barədə "TASS" agentliyinə Milli Aeronavtika və Kosmik Tədqiqatlar Administrasiyasının (NASA) mətbuat xidməti məlumat yayıb.
Raketin Con Kennedi Kosmik Mərkəzindən buraxılışı yerli vaxtla saat 12:07-də (Bakı vaxtı ilə 21:07) həyata keçiriləcək.
Raketin buraxılması üzrə sonuncu cəhd sentyabrın 27-nə nəzərdə tutulsa da, Floridaya yaxınlaşan "Yan” qasırğası səbəbindən mütəxəssislər buraxılışı ləğv ediblər.
NASA avqustun 29-u və sentyabrın 3-də "Orion”un buraxılışını təşkil edib. Hər iki dəfə raketə yanacaq doldurarkən hidrogen sızması aşkar edildikdən sonra uçuş ləğv edilib.
Əgər budəfəki buraxılış uğurlu olarsa, "Orion” kosmik gəmisi dekabrın 9-da Yerə qayıdacaq və Sakit Okeana düşəcək.
Aytac Zenalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox