Ukraynanın son sutkada məhv etdiyi PUA və helikopterlərin sayı AÇIQLANDI
Ukrayna Silahlı Qüvvələri son sutkada Rusiyanın 5 ədəd "Ka-52” "Alligator” zərbə helikopterini, İran istehsalı olan 17 ədəd "Shahed-136” PUA-sını və 2 ədəd "Zala Lansent” PUA-sını məhv edib. Bu barədə "UNN" xəbər verir ki, məlumatı Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri yayıb.
Ölkənin Hava Hücumundan Müdafiə Qüvvələrinin qırıcıları, bombardmançıları və hücum təyyarələri müxtəlif istiqamətdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinə, tağım və taborlarının yerləşdiyi dayaq məntəqələrinə, eləcə də maddi-texniki təchizatın, yanacaq-sürtkü materiallarının və döyüş sursatlarının olduğu səhra anbarlarına zərbələr endirib.
Bundan əlavə, zərbələr Rusiyanın canlı qüvvəsinin və hərbi texnikalarının cəmləşdirildiyi ərazilərə də endirilib.
Rusiya cari ilin fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb.
Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.
Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni "xüsusi hərbi əməliyyat" adlandırır. Bundan başqa "müharibə" sözündən istifadə edənlər, "müharibəyə yox" deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.
Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox