İranda məktəbli qız döyülüb - SƏBƏB
Urmuda məktəbli qız hicabını açdığı uçün vəhşicəsinə döyülərək xəstəxanaya yerləşdirilib. Bu barədə güneyli fəallar məlumat yayıb.
Hökumət qüvvələri onun ailəsinə təzyiq edərək məsələni ictimailəşdirməməyi, qızın guya xəstə olduğunu demələrini tələb ediblər.
İran mediası hadisənin əks-inqilabçılar tərəfindən şişirdildiyini, şagirdin baş ağrısı səbəbindən özündən getdiyini və xəstəxanada müalicə olunduğunu iddia edir.
Qərbi Azərbaycan əyalətinin Təhsil İdarəsinin yaydığı açıqlamasında isə yeniyetmənin baş gicəllənməsinə görə xəstəxanaya köçürüldüyü bildirilir.
Məhsa Əmini İranın əxlaq polisi tərəfindən döyülərək komaya düşdüyü zaman da İran rəsmiləri oxşar iddialar səsləndirmişdi.
Belə ki, rəsmilər onun xəstə olduğu üçün xəstəxanaya yerləşdirildiyini, Məhsaya qarşı zorakılıq edilmədiyini iddia ediblər.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox