Ermənistan iqtisadiyyatı bu il 7% arta bilər
Beynəlxalq Valyuta Fondu (BVF) 2022-ci ildə Ermənistan iqtisadiyyatının 7% səviyyəsində artımını, 2023-cü ildə isə 3,5% azalmasını proqnozlaşdırır. Bu barədə BVF rəsmi saytında məlumat yerləşdirilib.
"Beynəlxalq Valyuta Fondu Ermənistan
iqtisadiyyatının 2022-ci ildə 7% artacağını, 2023-cü ildə isə 3,5%-ə enəcəyini
gözləyir. Bu proqnoz BVF-nin oktyabr
yeniləməsində yer alıb", - BVF saytı yazır.
BVF 2022-ci ilin iyununda Ermənistanın
Ümumi Daxili Məhsulu (ÜDM) istehsalının 2022-ci ilin sonuna təxminən 5% səviyyəsində
artacağını proqnozlaşdırmışdı.
Oktyabr hesabatında o da qeyd olunur ki, Ermənistanda
2022-ci ildə inflyasiya 8,5%, 2023-cü ildə isə 7% təşkil edəcək.
Ümumilikdə, tədqiqatın müəllifləri qlobal
artımın 2021-ci ildəki 6%-dən 2022-ci ildə 3,2%-ə, 2023-cü ildə isə 2,7%-ə qədər
azalacağını proqnozlaşdırır. Bu, qlobal
maliyyə böhranı və COVID-19 pandemiyasının kəskin fazası xaricində 2001-ci ildən
bəri ən zəif artım profilidir və əsas iqtisadiyyatlar üçün əhəmiyyətli yavaşlamanı
əks etdirir.
Həmçinin qlobal inflyasiyanın 2021-ci ildəki
4,7%-dən 2022-ci ildə 8,8%-ə yüksələcəyi, lakin 2023-cü ildə 6,5%-ə, 2024-cü
ildə isə 4,1%-ə düşəcəyi proqnozlaşdırılır.
Ermənistan üçün rəqəmlər və proqnozlar
Ermənistanın 2022-ci il dövlət büdcəsində
iqtisadi artım 7%, inflyasiya isə 4% (±1,5%) səviyyəsində nəzərdə tutulub. Ermənistanın ÜDM-i ilkin məlumatlara görə, 2022-ci ilin ikinci rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 13% artıb.
İİB may ayının sonunda dərc etdiyi
makroiqtisadi proqnozunda Ermənistanın ÜDM-nin 2022-ci ildə 1% artacağı gözlənilir.
Dünya Bankı "Avropa və Mərkəzi
Asiya İqtisadi Yeniləmə” adlı oktyabr hesabatına görə, Ermənistan iqtisadiyyatının
2022-ci il üçün artım proqnozu 3,5%-dən 7%-ə kimi yaxşılaşdırıb, lakin 2023-cü il
üçün gözləntilər 4,6%-dən 4,3%-ə qədər pisləşdirib.
AYİB Asiya İnkişafına Baxış
hesabatında Ermənistan iqtisadiyyatı üçün 7% artım, ardınca isə 2023-cü ildə
4,5%-ə qədər yavaşlama proqnozlaşdırıb.
Sentyabrın əvvəlində beynəlxalq reytinq
agentliyi Fitch Ratings 2022-ci ildə Ermənistanın ÜDM artımının 6,4% (mart
proqnozunda 1,3%-ə qarşı) olacağını proqnozlaşdırmışdı.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox