İtaliya Ukraynaya orta mənzilli zenit-raket kompleksləri verəcək
İtaliyanın Ukraynanı orta mənzilli "Spada” zenit-raket kompleksləri (ZRK) ilə təmin edəcəyi gözlənilir. Bu barədə şənbə günü "La Repubblica” qəzeti NATO-dakı mənbələrə istinadən məlumat yayıb.
Bu hazırlıq barədə çərşənbə günü alyans ölkələrinin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirilib.
Nəşr iddia edir ki, İtaliya Hərbi Hava Qüvvələrinin Rivoltodakı bazasında artıq anqarlarda saxlanılan komplekslərin vəziyyətinin yoxlanılmasına başlanılıb.
"Spada”ların bir neçə ay əvvəl İtaliya və İspaniyada arsenaldan çıxarıldığı bildirilib. Qəzet yazıb ki, ZRK tədarükü ilə bağlı qərarı İtaliyanın yeni hökuməti qəbul edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox