• $
  • £

Ukrayna ordusu əks-hücuma keçib, ruslar sıxışdırılır

Ukrayna ordusu əks-hücuma keçib, ruslar sıxışdırılır
15.10.2022 22:00
Ukrayna Silahlı Qüvvələrinin əks-hücumları cənub və şərqdə davam edir.

Unian xəbər verir ki, Ukraynada genişmiqyaslı silahlı təcavüz başlayandan bəri Rusiyanın işğal etdiyi 1620 yaşayış məntəqəsi artıq azad edilib.

Xerson istiqamətində isə Ukrayna Silahlı Qüvvələri düşməni Dnepr çayının sağ sahilinə sıxışdırmaqda və keçidlərə nəzarəti saxlamaqda davam edir.

"Cənub” komandanlığının mətbuat katibi Vladislav Nazarov bildirib ki, oktyabrın 14-də işğalçılar Dnepr çayı üzərindən aktiv hərəkəti bərpa etməyə cəhd göstəriblər.

Eyni zamanda, düşmən diqqətini Baxmut-Kramatorski tutmağa cəmləyib. Ötən gün Ukrayna hərbçiləri növbəti dəfə düşmənin İvanqrada hücumlarını dəf edib. Bundan əvvəl Britaniya kəşfiyyatı işğalçıların Baxmutun cənubuna yaxınlaşdığını deyirdi.

Baş Qərargah, həmçinin bildirir ki, yaralı rus hərbçiləri arasında ölüm halları 50%-ə çatır.


Ukrayna Prezident Aparatının müşaviri Aleksey Arestoviç deyib ki, Baxmut istiqamətində bir sıra yaşayış məntəqələrinin guya nəzarətə götürülməsi ilə bağlı rus təbliğatçılarının xəbərləri reallığa uyğun gəlmir. O, məhz Ukrayna hərbçilərinin çox uğurlu əks-hücum keçirdiyini bildirib.

Rusların cəbhənin hansı hissəsində geri çəkildiyini Arestoviç Baş Qərargahın səssizliyinə görə dəqiqləşdirməkdən imtina edib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol