• $
  • £

İranın bir sıra şəhərində yenidən etiraz aksiyaları keçirilib

İranın bir sıra şəhərində yenidən etiraz aksiyaları keçirilib
16.10.2022 12:58
İnternetdə yayımlanan həvəskar videolara əsasən, İranın bir neçə şəhərində etirazçılar hakimiyyət əleyhinə şüarlar səsləndirərək küçələrə axışıblar.

22 yaşlı Məhsa Əminin Tehranda əxlaq polisi tərəfindən həbs edilməsindən sonra ölməsinin səbəb olduğu etirazlar, dövlətin zorakı təqiblərinə və ciddi internet kəsintilərinə baxmayaraq beşinci həftədir davam edir.

1500tasvir Twitter hesabının paylaşdığı videoda İranın şimalında Rəşt şəhərində bir qrup etirazçının vətəndaşları onlara qoşulmaq üçün çağıraraq "Dəstək! Dəstək” şüarı səsləndirdiləri göstərilir.

BBC isə bir qrup qadının İsfahanın vilayətində yerləşən Şahin Şəhr şəhərində "Xameneiyə Ölüm” qışqırdıqlarını göstərən video paylaşıb.
Bundan əlavə Həmədan və Ərdəbil şəhərlərində də etirazların keçirildiyi bildirilir.
Həmçinin Tehran, İsfahan və Kərəcdə tələbələrin etiraz aksiyaları keçirdikləri deyilir.

İnternetə nəzarət edən NetBlock qrupu oktyabrın 15-də İranda internetə "yeni böyük əngəlin” olduğu barədə məlumat verib.
Bundan əvvəl isə fəallar oktyabrın 15-də etirazlarda çox sayda insanın iştirakını təmin etmək üçün onlayn çağırış ediblər

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol