Ukrayna limanlarından 7 milyon 700 min ton taxıl daşınıb
Taxıl daşınması çərçivəsində üç aylıq dövrdə ümumilikdə 345 gəmi Ukrayna limanlarından 7 milyon 700 min ton taxıl daşıyıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov ilə İstanbulda görüşü zamanı deyib.
Akar, Türkiyənin qonşularının sərhədlərinə və ərazi bütövlüyünə hər zaman hörmət etdiyini, sülh və sabitliyin tərəfdar olduğunu vurğulayıb.
"Biz bu ardıcıl siyasəti davam etdirməklə taxıl probleminin həllinə nail ola bildiyimiz kimi, əsirlərin dəyişdirilməsi də bu siyasətin nəticəsidir. Məqsədimiz problemin sülh yolu ilə həlli üçün işi davam etdirmək, mümkün qədər tez bir zamanda gərginliyi azaltmaqdır”, – deyə o bildirib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox