İki gənc küçədə qadını maraq üçün yandırıb
Rusiyanın Sverdlovsk vilayətində oktyabrın 16-da iki yeniyetmə gənc küçədən keçən qadının üzərinə yanar maye tökərək yandırıb. Bu barədə Rusiyanın "BAZZ"
telegramı məlumat yayıb.
İki gənc küçədə gəzdiyi zaman küçə ilə gedən 69 yaşlı təqaüdçü ilə "zarafat etmək" qərarına gəlib. Onlar içərisində yanar maye olan butulkanı qadının üstünə töküblər, daha sonra isə kibriti çəkərək onu yandırıblar. Qadın alovlara bürünəndə yeniyetmələr etdikləri səhvi başa düşüblər. Dərhal ona kömək etməyə çalışıblar. Belə ki, yaxınlıqdakı evlərin qapısını döyüb, ev sahiblərindən odu söndürmək üçün su istəyiblər.
Kömək edilməsinə baxmayaraq qadın həyatını itirib.
Dindirildikdən sonra yeniyetmələr hər şeyi etiraf ediblər.
Faktla bağlı araşdırma aparılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox