• $
  • £

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər

Ukrayna İranla diplomatik əlaqələri kəsə bilər
19.10.2022 11:23
Ukrayna Xarici İşlər Nazirliyi Prezident Volodimir Zelenskiyə İranla diplomatik əlaqələri kəsməyi təklif edəcək. Bu barədə Ukraynanın Xarici işlər naziri Dmitri Kuleba onlayn brifinq zamanı bildirib bildirib.

Nazirin sözlərinə görə, "Tehran Ukrayna ilə münasibətlərin pozulmasına görə tam məsuliyyət daşıyır".

"İran pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturuna çoxsaylı dağıntılarını, xalqımızın ölüm və iztirablarını, İranın Rusiyaya silah tədarükünü davam etdirə biləcəyi ilə bağlı xəbərlərin yayılmasını nəzərə alaraq, Ukrayna prezidentinə İranla diplomatik əlaqələri kəsməsi məsələsini nəzərdən keçirməsini təklif edirəm" - Kuleba bildirib.

O, həmçinin bildirib ki, Ukrayna İran səfirinin akkreditasiyasını yeniləməyib və İran səfirliyindəki işçilərin sayını bir neçə nəfərə endirib. Kulebanın sözlərinə görə, oktyabrın 17-də Avropa İttifaqı nazirlərinin görüşündə o, Rusiyaya ukraynalıları qətlə yetirməkdə yardım etdiyinə görə İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb.

"İrana qarşı sərt sanksiyalar xüsusilə indi, İranın Rusiyaya ukraynalılara qarşı istifadə etmək üçün ballistik raketlər vermək niyyəti barədə xəbərləri eşitdikdə daha aktualdır. İranın hərəkətləri alçaqlıq və yalandır ki, biz buna dözməyəcəyik. İran bizə onun müharibənin əleyhinə olduğunu və heç bir tərəfi silahla dəstəkləməyəcəyini deməsindən sonra edib" , Kuleba deyib.

O vurğulayıb ki, bütün münasibətlərin bərpası yalnız İranın Rusiyaya silah tədarükünü dayandırmasından sonra olar.

Dmitri Kuleba eləcə də bildirib ki, Ukrayna hava hücumundan müdafiə sistemlərinin dərhal təmin edilməsi xahişi ilə İsrailə rəsmi nota göndərəcək.

"Bu gün Ukrayna İsrail hökumətinə Ukraynanı dərhal hava hücumundan müdafiə sistemləri ilə təmin etmək və Ukrayna üçün müvafiq texnologiyaların əldə edilməsində yüksək səviyyəli əməkdaşlığa başlamaq xahişi ilə rəsmi nota göndərəcək", Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol