• $
  • £

“Taliban”ın qadağalarını dəstəkləyən Əfqan qadınlar universitetdə aksiya keçirib

“Taliban”ın qadağalarını dəstəkləyən Əfqan qadınlar universitetdə aksiya keçirib
19.10.2022 14:17
Əfqanıstanın paytaxtında qadın fəallardan ibarət böyük bir qrup Taliban hakumətinin Kabil Universitetinin yataqxanasından onlarla qız tələbənin qovulmasına qarşı etiraz aksiyası keçirib. Bu barədə "Sputnik” Əfqanıstanda qeyd olunub.

Aralarında tələbələr də olan nümayişçilər universitet şəhərciyinin qarşısında toplaşaraq "Təhsil bizim qırmızı xəttimizdir", "Sükut - xəyanətdir" kimi şüarlar səsləndirib.

Mitinq iştirakçıları İslamçı Talibanın rəhbərlik etdiyi Ali Təhsil Nazirliyini son bir neçə gün ərzində azı 40 qız tələbəni ölkənin ən qədim və ən hörmətli müəssisələrindən birindən qovmaqda ittiham edib.

Nazirliyin bəyanatında bir neçə qadının universitet qaydalarını pozduqları üçün yataqxanadan çıxarıldığını təsdiqlənsə də, əlavə məlumat verilməyib.

Mitinqdə iştirak edən Lilia Basim "Tələbələr Kaaj təhsil mərkəzinə edilən hücuma qarşı etiraz aksiyasında iştirak etdikləri üçün cəzalandırılıb" deyib.

O, sentyabrın 30-da Kabilin qərbindəki məhəllədə 46-sı qız və qadın olmaqla, 53 nəfərin həyatına son qoyan özəl məktəbdəki intiharçı hücumuna toxunub. Orada əksəriyyəti qadın olan 110 nəfər yaralanıb.

Bu hücum Kabil də daxil olmaqla, bir neçə böyük şəhərdə qadın fəalları və tələbələri qəzəbləndirib və onları ədalət tələb etmək üçün küçələrə çıxmağa məcbur edib.

Taliban araşdırma aparıldığını bildirib. Lakin islamçı hökmət hələ nəticəni açıqlamayıb və heç bir qrup məsuliyyəti öz üzərinə götürməyib.

Taliban 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyətin nəzarətini ələ keçirib və sonra müharibədən əziyyət çəkən ölkəni idarə etmək üçün yalnız kişilərdən ibarət müvəqqəti administrasiya yaradıb.

Buna baxmayaraq, əsasən insan haqları ilə bağlı narahatlıqlar və siyasi inklüzivliyin olmaması səbəbindən bu rejimə heç bir ölkə tərəfindən rəsmi olaraq legitimlik verilməyib.

Sərt-xətt tərəfdarı qrup hakimiyyətə gəldikdən sonra qadınlara bir sıra məhdudiyyətlər tətbiq edib. Belə ki, onların iş və təhsilə çıxışını məhdudlaşdırıb, dövlət sektorunda çalışan qadınların əksəriyyətinə evdə qalmaq və qadın jurnalistlərə televiziyaya üzünü örtüb çıxmaq göstərişi verib.

Ölkə üzrə dövlət və özəl universitetlər cinsiyyətə görə qadınlar üçün ayrılmış böğlmələrdə açıq olsa da, Taliban ictimai vədlərini pozaraq, yeddinci sinifdən 12-ci sinifə qədər yeniyetmə qızların məktəbə getməsinə qadağa qoyub.

Qrup qadağanı aradan qaldıracağına dair martda verdiyi vədi dəfələrlə rədd edib.
 
Aytac

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol