Türkiyədə qadın ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxıldı - FOTO
Türkiyənin Denizli şəhərində qadın ticarət mərkəzinin 3-cü mərtəbəsindən yıxılıb.
Bu barədə Türk mediası "Haber Global" məlumat yayıb.

46 yaşlı Yeliz Yeder Can naməlum səbəbdən müvazinəti itirərək hündürlükdən yerə düşüb. Ticarət mərkəzində qorxu dolu anlara şahidlik edən şəxslər təcili yardım çağırıblar. Tibb işçilərinin səylərinə baxmayaraq, yaralının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ticarət mərkəzinin bağlanma saatlarında baş verib.
Faktla bağlı araşdırma başladılıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox