• $
  • £

Təhlükəsizlik qüvvələri yeniyetməni ov tüfəngi ilə oldürüb

Təhlükəsizlik qüvvələri yeniyetməni ov tüfəngi ilə oldürüb
20.10.2022 19:28
Məşhəd şəhərində yeniyetmə oğlan təhlükəsizlik qüvvələri tərəfindən ov tüfəngi ilə vurularaq oldürülüb.

17 yaşlı Əbülfəzl Adinazadə oktyabrın 8-də hökümət əleyhinə etirazlara qoşulub, bundan sonra evə bir daha qayıtmayıb.
 
Səlahiyyətli şəxslər (hökumət rəsmiləri) buna şərh bildirməyib.  BBC-nin əldə etdiyi məlumatlara görə isə, onun ölüm şəhadətnaməsində ov tüfənginin atəşi ilə qaraciyər və böyrək zədələnməsi səbəbindən öldüyü qeyd olunur.

Mənbələr həkimin dediyinə istinadla, atəşin 1 metrdən daha az məsafədən (3 fut) açıldığını deyir.
 
"O hansı cinayəti törədib ki, onun mədəsinə 24 atəş açılıb?”-  bunu Əbülfəzlin atası oğlunun dəfn mərasimində deyib.

Mənbələrin bildirdiyinə görə, Əbülfəzl etirazlarda iştirak etdikdən sonra onun valideynləri əvvəlcə onun başına nə gəldiyini bilməyiblər. Yalnız ertəsi gün Təhsil nazirliyi zənglə oğullarını polis bölməsindən gəlib aparmalarını bildirib.  Ora çatanda isə öldüyünü deyiblər.

Mənbələrin BBC-yə verdiyi məlumata görə, "Ağzını yum və mediaya danışma!”-deyə polis idarəsində Əbülfəzlin atasına xəbərdarlıq edilib.
Ailəyə onların oğlunun, etirazları zorakılıqla yatırmaqda iştirak edən hərbiləşdirilmiş qüvvə olan Bəsic qrupunun üzvü olduğunu söyləmək üçün təzyiq edilib. Hakimiyyət İranın xarici düşmənlərinin dəstəklədiyi "iğtişaşçıları” hazırkı iğtişaşlar zamanı Bəsic üzvlərini və digər təhlükəsizlik qüvvələrini öldürməkdə ittiham edib.

Mənbələrin bildirdiyinə görə, Əbülfəzlin dəfn mərasimində mülki geyimli təhlükəsizlik işçiləri də olub, qəzəblərini ifadə etmək istəyən yas tutanları susdurublar.

"Əbülfəzlin bibisi onun şəklini qəbrinin üstünə qaldırdı, lakin bir qadın agent çərçivəni götürüb çadrasının  altına qoydu”, -  onlar deyib.
 
Bundan başqa, bəzi yas mərasimi iştirakçıları da dəfn mərasimindən sonra saxlanılıb və mobil telefonlarından videoların silinməsi tələb olunub.

Mənbələrin bildirdiyinə görə, Əbülfəzlin mobil telefonu hələ də ailəsinə qaytarılmayıb.

"Əbülfəzl Adinezadənin kadrlarında xoşbəxt bir yeniyetmənin daim rəqs etdiyi və güldüyü əks olunub və o, hamını şənləndirməsi ilə tanınıb. Dərsdən sonra saat 22:00-a qədər mağazada mobil telefonların təmiri ilə məşğul olub. Son zamanlar o, korrupsiyaya, əxlaq polisi tərəfindən saxlandıqdan sonra komaya düşən 22 yaşlı qadın Məhsa Əmininin ötən ay ölümünə, eləcə də digər qadınların küçələrdə döyülərək öldürülməsinə dair görüntülərə qəzəblənib”, - mənbələr deyir.

İranın İnsan Haqları üzrə fəaliyyət göstərən HRA ( Human Rights Activists) xəbər agentliyinin təxminlərinə görə, 32-si uşaq olmaqla, 244 etirazçı təhlükəsizlik qüvvələri tərəfindən repressiya zamanı öldürülüb.  Agentlik, çoxu gənclər və uşaqlar olmaqla 12,500-dən çox adamın saxlanıldığını bildirir.
 
Tərcümə: Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol