Xarkova raket atıldı - Yaralılar var
Bu gün səhər saat 08:00 radələrində Rusiya Xarkov şəhərinə raket zərbəsi endirib. Bu barədə Xarkov Regional Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat verib.
Bildirilib ki, zərbələr şəhərin Kiyev rayonunda sənaye infrastrukturu obyektində qeydə alınıb. Bütün təcili yardım xidmətləri yerindədir.
Hücum nəticəsində 6 nəfər yaralanıb.
Dağıntı və zərərçəkənlər barədə məlumat dəqiqləşdirilir.
Ötən gün rus işğalçıları Kupyansk və Vovçansk şəhərlərini, eləcə də Kupyansk, Çuquyev, Xarkov və Boqoduxiv rayonlarının yaşayış məntəqələrini atəşə tutublar.
Təmas xəttində hərbçilər düşmənin canlı qüvvə və texnikasını məhv etməkdə davam edib.
Ləman
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox