• $
  • £

Salman Rüşdini bir gözü görmə qabiliyyətini itirib

Salman Rüşdini bir gözü görmə qabiliyyətini itirib
24.10.2022 16:55
Avqustda Nyu Yorkda Nyu Yorkda bışaq yarası aldıqdan sonra ser Salman Rüşdinin bir gözü görmə  qabiliyyətini itirib və bir əlini tərpədə bilmir, bu barədə onun təmsilçisi məlumat verib. 

"Onun sinəsində 15-ə yaxın yara yeri var", - Nyu-Yorkdan olan təmsilçi Andrew Wylie İspaniyanın El País qəzetinə  bildirib. "Bu vəhşi hərəkət idi", - o deyib. 

Cənab Wylie, yazıçının harada olduğunu açıqlamayıb. 

Hücum Nyu York ştatında bir tədbir zamanı baş verib. 

Salman Rüşdi 1988-ci ildə yazdığı "Şeytan ayələri" romanına görə uzun müddətdir ki, ölüm təhdidləri ilə üzləşirdi.  Buna səbəb bəzi müsəlmanların kitabı küfr hesab etməsi idi.

Hücumda ittiham olunan ABŞ əsilli 24 yaşlı Hadi Matar isə adam öldürməyə cəhddə təqsirli olmadığını bildirib.

"Boynunda üç ağır yara olub. Qolunun sinirləri kəsildiyi üçün bir əli işləmir",- təmsilçi deyib.

"Onun harada olduğu barədə heç bir məlumat verə bilmərəm. O, yaşayacaq. Əsas budur", müəllifin hələ də xəstəxanada olub-olmaması ilə bağlı suala cənab Wylie belə cavab verib. 

Hücum avqustun 12-də Nyu-York ştatındakı Çautauqua İnstitutunda baş verib. Hadisə baş verən vaxt Salman Rüşdi ABŞ-ın yazıçılar üçün sığınacaq rolunu oynaması haqqında nitq söyləyirdi.
 
"Şeytan ayələri” nəşr olunduqdan sonra yazıçı təxminən 10 il gizlənməyə məcbur olub. Müsəlmanların çoxu buna qəzəblə reaksiya göstərərək, Məhəmməd peyğəmbərin təsvirinin onların imanını təhqir etdiyini iddia ediblər.

O bu səbəbdən ölüm təhdidləri ilə üzləşib və İranın o vaxtkı lideri Ayətullah Ruhullah Xomeyni, müəllifin başına 3 milyon dollar (2,5 milyon funt sterlinq) mükafat qoyub, həmçinin,  Rüşdinin öldürülməsinə çağırış edən fətva verib.

İran hökuməti Xomeyninin fərmanından uzaqlaşsa da, fətva hələ də qüvvədədir və İranın  dini fondu 2012-ci ildə mükafata əlavə 500.000 dollar əlavə edib.

Yazıçının nümayəndəsi El Pais-ə deyib ki, o, illər ərzində  bu cür təhdidləri müzakirə edib.

"Fətva verildikdən uzun illər sonra onun üzləşdiyi əsas təhlükə təsadüfi bir adamın  haradansa  hücum etməsidir. Bu, tamamilə gözlənilməz və məntiqsizdir. O səbəbdən də, siz bundan qoruna bilməzsiniz. Bu cəhətdən, hadisə Con Lennonun qətlinə bənzəyir”, - təmsilçi deyib.

Salman Rüşdi  1947-ci ildə Hindistanda anadan olub. Kembric Universitetində oxumazdan əvvəl İngiltərədəki internat məktəbinə göndərilib. 2007-ci ildə ədəbiyyata xidmətlərinə görə, ser tituluna layiq görülüb. 

Hadisə geniş şəkildə ifadə azadlığına hücum kimi pislənərək, ona dəstək nümayiş olunub.

Lida Abbaslı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol