Rusiyada mobil oyunlara və proqramlara 1.2 milyard pul xərclənməsi nəzərdə tutulub
Rusiyada vətəndaş asudə vaxtlarını mobil oyunlar və proqramların köməyi ilə keçirməyə çalışırlar. Belə ki, TelecomDaily informasiya-analitik agentliyinin hesablamalarına görə 2022-ci ilin sonuna qədər bu bazar 25% artaraq 1.2 milyard dollara çatacaq. Bu barədə Gazeta agentliyi məlumat yayıb.
2021-ci ildə ölkədə mobil oyunlar bazarının həcmi 960 dollar təşkil edib.
Rusların mobil oyun və proqramların alınmasına artan tələbatı bir neçə amillə bağlıdır. Əsas olanlar arasında vətəndaşların siyasi xəbərlərə baxmaqla bağlı stressdən yorğunluğu və kinoteatrlarda yeni filmlərin çeşidinin kəskin azalması səbəb göstərilir.
Oktyabrın 24-də Rusiyanın ən iri elektronika və məişət texnikası pərakəndə satıcılarından biri olan M.Video-Eldoradonun analitikləri ölkədə vətəndaşların oyun qurğularının alınmasına tələbatının artdığı statistik məlumatları təqdim ediblər. 2022-ci ilin birinci yarısının sonunda oyun monitorlarının satışının payı bütövlükdə bazarın 50%-nə qədər artıb, 2021-ci ilin eyni dövründə isə bu rəqəm cəmi 40% təşkil edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox