• $
  • £

Ukrayna Rusiyanın RT telekanalının fəaliyyətinin dayandırılmasını istəyib

Ukrayna Rusiyanın RT telekanalının fəaliyyətinin dayandırılmasını istəyib
25.10.2022 15:28
Ukrayna  Rusiyanın  nəzarətində olan RT telekanalının dayandırılmasını tələb edib. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müsahibənin klipi ilə bağlı Twitter səhifəsində paylaşım edib.
 
Buna səbəb isə aparıcılardan birinin Sovet İttifaqı dövründə rusları işğalçı kimi görən ukraynalı uşaqların suda boğulmalı olduğunu deməsindən sonra bu media qurumunun soyqırımın təhrikçisi olduğunu bildirib.

RT telekanalının aparıcısı Anton Krasovski keçən həftə yayımlanan verilişdə deyib ki, Rusiyanı tənqid edən uşaqları "güclü axını olan çaya atmaq lazım idi".
Avropa İttifaqının sanksiyasına məruz qalan Krasovski Rusiya televiziyasında hərbi şərhçidir. O, elmi fantastika janrıdan əsərlərin müəllifi, yazıçısı Sergey Lukyanenkonun 1980-ci illərdə Ukraynaya ilk səfəri zamanı uşaqların ona "Moskva onların ölkəsini işğal etməsəydi, daha yaxşı yaşayardılar" dedikləri haqda sualı cavablandırıb.

"Onları Tısınada boğmaq lazım idi. O uşaqları boğ, batır onları," Krasovski deyib. Onun sözlərinə görə, alternativ olaraq, onları daxmalara basıb yandırmaq da olardı.

Müsahibənin sosial mediada paylaşılan videosunun qısa bir hissəsində Krasovskinin işğal zamanı Rusiya əsgərlərinin yaşlı ukraynalı qadınlara təcavüz etdiyi barədə xəbərlərə də güldüyünü görmək mümkündür.

"RT-yə hələ də qadağa qoymayan hökumətlər bu fraqmentə baxmalıdırlar," Ukraynanın xarici işlər naziri Dmitri Kuleba müsahibənin klipi ilə bağlı Twitter səhifəsində deyib.

"Söz azadlığı ilə heç bir əlaqəsi olmayan soyqırıma aqressiv təhrikdir. Biz şəxsi buna görə məhkəməyə verəcəyik. RT bütün dünyada qadağan edilsin," Kuleba əlavə edib.

Kremlin ciddi nəzarətində olan Rusiya dövlət televiziyası Rusiyanın Ukraynaya təcavüzünü aktiv şəkildə dəstəkləyir.

Aparıcılar mütəmadi olaraq Rusiyanın hərbi cinayətləri ilə bağlı xəbərləri təkzib edir və bir çoxları efir vaxtından istifadə edərək, Rusiya prezidenti Vladimir Putini işğalı daha da aqressivləşdirməyə çağırır.

Kreml Rusiya qüvvələrinin Ukraynada hərbi cinayətlər törətdiyini inkar edir.
 
Aytac Zeynalova

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol