Ermənistanın xarici ticarət dövriyyəsi 9 ayda 62,5% artaraq 9,3 milyard dolları ötüb
2022-ci ilin doqquz ayında Ermənistanda xarici ticarət dövriyyəsinin həcmi 9 306,6 milyon dollar təşkil edib. Bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 62.5 % çoxdur. Bu barədə Ermənistan Statistika Komitəsinin açıqladığı hesabatda bildirilib.
Cari ilin sentyabrda 2021-ci ilin sentyabr ayı ilə müqayisədə bu göstərici 2 dəfə, 2022-ci ilin avqust ayı ilə müqayisədə isə 1,1% artıb. 2022-ci ilin yanvar-sentyabrda xarici ticarət dövriyyəsinin dramla həcmi 4 085,6 milyard dram təşkil edib.
Bu ilin doqquz ayında 2021-ci ilin yanvar-sentyabrı ilə müqayisədə Ermənistandan ixrac 63,8% artaraq 2 923,3 milyon dollar təşkil edib. 2022-ci ilin sentyabrında 2021-ci ilin sentyabr ayı ilə müqayisədə bu göstərici 2,5 dəfə, 2022-ci ilin avqustu ilə müqayisədə 2,9% artıb. 2022-ci ilin yanvar-sentyabrda dramla ixrac 1 534,2 milyard dram təşkil edib.
Hesabat dövründə idxal 2021-ci ilin yanvar-sentyabr ilə müqayisədə 61,6% artaraq 5 797,2 milyon dollar təşkil edib. 2022-ci ilin sentyabrda 2021-ci ilin sentyabrı ilə müqayisədə idxal 82,2% artıb, 2022-ci ilin avqustu ilə müqayisədə isə dəyişməyib. 2022-ci ilin yanvar-sentyabrda dramla idxal 2 551,4 milyard dram təşkil edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox