Parlament $150 çox hədiyyə alan məmurları cərimələməyi təklif edir
Ermənistan Milli Assambleyası hədiyyələrin alınması ilə bağlı məhdudiyyətlərin pozulmasına görə, dövlət qulluqçuları üçün intizam məsuliyyəti əvəzinə inzibati məsuliyyət tətbiq etməyi təklif edib. Bu barədə Ermənistan KİV məlumat yayıb.
Qanun layihəsi birinci oxunuşda 66 lehinə, 4 əleyhinə və 1 bitərəf olmaqla qəbul edilib.
Yeni dəyişikliklərə əsasən, dövlət qulluqçusu dəyəri 60 min dramdan (150 ABŞ dolları) çox olan hədiyyə aldıqda, hədiyyə xeyriyyə fonduna və ya dövlət əmlakına keçir.
Mövcud normalara görə, bu hədd 100 min dram (250 dollar) təşkil edirdi.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox