Fransalı futbolçu DÇ-2022-ni buraxa bilər
Fransa millisinin futbolçusu Rafael Varan bu il Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
"LEquipe" məlumatına görə, buna "Mançester Yunayted"ində çıxış edən 29 yaşlı müdafiəçinin "Çelsi" ilə 1:1 hesablı heç-heçə etdikləri İngiltərə Premyer Liqanın XIII tur oyununda zədələnməsi səbəb olub.
"Qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq Moldova "Şerif"inə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur matçından öncə oyunçunun durumu haqqında danışıb. Mütəxəssis Varanın mundialadək Mançester təmsilçisinin heyətində meydana çıxmayacağını söyləyib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox