• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

NATO baş katibindən Rusiyaya İTTİHAM

NATO baş katibindən Rusiyaya İTTİHAM
11.04.2014 10:00
NATO baş katibi Anders Foq Rasmussen Rusiyanı Ukraynaya qarşı hərbi təcavüz həyata keçirməkdə ittiham edib.“Biz Rusiyanın Ukraynaya qarşı açıq-aydın hərbi təcavüz həyata keçirməsini pisləyərək, Rusiyanı üzərinə götürdüyü və pozmaqda davam etdiyi beynəlxalq öhdəliklərə əməl etməyə çağırdıq”. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, baş katib bunu ötən gün Praqada Çexiya prezidenti və baş naziri ilə Ukrayna böhranını müzakirə edərkən bəyan edib.    Baş katibin sözlərinə görə, o və Çexiya rəsmiləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyiblər.   “Rusiya öz addımlarına guya rusdilli əhalinin Ukrayna hakimiyyətinin təzyiqinə məruz qalması ilə haqq qazandırmağa çalışır və NATO-nu “soyuq müharibə”yə başlamaqda ittiham edir”, deyə baş katib qeyd edib və  Rusiyanın arqumentlərinin Ukrayna hakimiyyətini nüfuzdan salmağa, həqiqəti gizlətməyə və özünün qanunsuz addımlarından diqqəti yayındırmağa hesablanmış təbliğat adlandırıb.     NATO baş katibi bəyan edib ki, hazırda Ukrayna sərhədi boyu Rusiyanın 40 minlik ordusu cəmləşib və NATO daim Rusiya ordusunu peyk vasitəsilə izləyir.     Rasmussen həmçinin Rusiyanı Şərqi Ukraynada milli ayrıseçkilik, bölücülük yaratmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə ittiham edib.    “Rusiya hərbi gücdən istifadə edərək Ukraynanın federativ və neytral dövlətə çevrilməsini diktə etməyə çalışır. Lakin belə bir qərarı yalnız suveren dövlət olan Ukrayna verə bilər, başqa heç kim verə bilməz”, deyə o vurğulayıb.     “Mən Praqadan Rusiyaya müraciət edirəm. Rusiyanın öz hərəkətlərinə görə günahını digərlərinin üzərinə yıxmağa, ordunu sərhəddə cəmləşdirməyə və böhranı gərginləşdirməyə son qoymaq və həqiqi dialoqa başlamaq kimi seçimi var. Əks təqdirdə Rusiyanı beynəlxalq təcrid gözləyir. Bu isə heç kimin marağında deyil. Heç kim yeni “soyuq müharibə” istəmir”, deyə baş katib əlavə edib.     ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
İranda dövlət televiziyası etirazçıları “terrorçu” adlandırır
Dünya 10:51
İranda dövlət televiziyası etirazçıları “terrorçu” adlandırır
Tramp İrana xəbərdarlıq edib: Etirazçılar öldürülərsə, “çox güclü” zərbələr olacaq
Dünya 08:56
Tramp İrana xəbərdarlıq edib: Etirazçılar öldürülərsə, “çox güclü” zərbələr olacaq
Böyük Britaniyada "X" (Twitter) qadağan edilə bilər
Dünya 08:27
Böyük Britaniyada "X" (Twitter) qadağan edilə bilər
İranda etiraz aksiyaları səngimir
Dünya 07:55
İranda etiraz aksiyaları səngimir
Donald Tramp yanvarın 13-də Rza Pəhləvi ilə görüşəcək
Dünya 07:47
Donald Tramp yanvarın 13-də Rza Pəhləvi ilə görüşəcək
İranda internet və mobil rabitə kəsilib
Dünya 00:30
İranda internet və mobil rabitə kəsilib
Venesuelada xeyli sayda məhbus azadlığa buraxılacaq
Dünya 00:07
Venesuelada xeyli sayda məhbus azadlığa buraxılacaq
Rusiyalı jurnalist Parisdəki evində ölü tapıldı
Dünya 23:30
Rusiyalı jurnalist Parisdəki evində ölü tapıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol