Ermənistanın yeni baş naziri elan olunacaq
Ermənistanın yeni baş nazirinin adı aprelin 14-də bəlli olacaq.APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Ermənistanın hakim Respublika Partiyasının icraiyyə orqanının iclasından sonra parlamentin vitse spikeri Edvard Şarmazanov bildirib. O vaxtadək ölkə prezidenti Serj Sarkisyan parlamentdə təmsil olunan siyasi partiyalar ilə hökumət başçısının namizədliyi ilə bağlı məsləhətləşmələri davam etdirəcək. Qeyd edək ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan aprelin 3-də istefa verib. Tiqran Sarkisyan Ermənistan hökumətinə 2008-ci il aprelin 9-dan rəhbərlik edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox