Macarıstanın Baş naziri Gürcüstana ikigünlük səfər edəcək
Macarıstanın Baş naziri Viktor Orvan 2023-cü ildə hökumətlərarası birgə görüşdə iştirak etmək üçün Gürcüstana ikigünlük səfər edəcək.
Gürcüstan KİV-i xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili macarıstanlı həmkarı ilə Budapeştdə keçirdiyi birgə mətbuat konfransında bildirib.
İrakli Qaribaşivilinin başçılıq etdiyi nümayəndə heyəti Macarıstanda ikigünlük səfərdədir. Oktyabrın 27-də o, Viktor Orbanla ölkələr arasında strateji tərəfdaşlığa dair qətnamə imzalayıb.
İlkin məlumatlara görə, 2022-ci ilin üç rübündə Gürcüstan və Macarıstan arasında ticarət dövriyyəsi 42,4 milyon dollar təşkil edib. Macarıstan Gürcüstan iqtisadiyyatına bir milyon dollara yaxın birbaşa investisiya yatırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox