• $
  • £

Sahibə Qafarova MDB PA-nın mətbuat konfransına qatılıb

Sahibə Qafarova MDB PA-nın mətbuat konfransına qatılıb
29.10.2022 23:30
Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Müstəqil Dövlətlər Birliyinə üzv olan ölkələrin Parlamentlərarası Assambleyasının (MDB PA) 54-cü plenar iclasının yekunları ilə bağlı mətbuat konfransında çıxış edib.
 
Milli Məclisdən verilən xəbərə görə, qardaş Özbəkistan torpağına, qədim və zəngin tarix və mədəniyyət nümunəsi olan gözəl Səmərqənd şəhərinə yenidən səfər etməkdən məmnunluğunu bildirən Milli Məclisin sədri göstərilmiş qonaqpərvərliyə və səmərəli iş üçün yaradılmış şəraitə görə Özbəkistan Respublikasının rəhbərliyinə, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayevaya təşəkkür edib. Onun sözlərinə görə, MDB-yə üzv olan ölkələrin Parlamentlərarası Assambleya Şurasının növbəti iclası və 54-cü plenar iclas bir daha parlamentlərimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafına sadiqliyi, habelə MDB PA çərçivəsində əlaqələrin genişləndirilməsinə olan marağı nümayiş etdirib.
 
Milli Məclisin sədri deyib ki, Parlamentlərarası Assambleya Müstəqil Dövlətlər Birliyinin mühüm təsisatlarından biridir və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verir. İki gün ərzində bir sıra məsələlər üzrə məhsuldar müzakirələr aparılıb, 3 daimi komissiyanın və Gənclər Parlamentlərarası Assambleyasının iclasları keçirilib. Ötən müddət ərzində Gənclər Assambleyasına Azərbaycan Respublikası Milli Məclisinin nümayəndəsinin sədrlik etdiyini xatırladan spiker Assambleyanın gənclər arasında dostluq əlaqələrinin və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə töhfə verdiyini bildirib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol