Türkiyə MN Ukraynadan taxıl daşınması ilə bağlı açıqlama yaydı
Rusiya "taxıl sövdələşməsi”ndə iştirakını dayandırdığı üçün Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxışı dayandırılıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Ukrayna limanlarından ərzaq daşıyan gəmilərin çıxması həyata keçirilməyəcək", - məlumatda deyilir.
Eyni zamanda, nazirlik rusiyalı heyətin İstanbuldakı Birgə Koordinasiya Mərkəzində hələ də qaldığını qeyd edib. Bundan əlavə, yaxın iki gündə İstanbulda taxıl daşıyan gəmilərə baxışın davam etdirilməsi planlaşdırılır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox