Rusiyalı deputat azyaşlını maşınla vurub qaçdı - Video
Rusiyanın Novosibirsk vilayətində sürücü azyaşlı uşağı vuraraq hadisə yerindən uzaqlaşıb. Bu barədə "Nsk” xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Sürücü azyaşlını avtomobillə vuraraq üzərindən keçir. Sürücü bunun ardınca avtomobildən düşərək uşağın yanına getsə də, onu köməksiz qoyaraq hadisə yerini tərk edib.
Bildirilir ki, yaşlı uşağı vuran şəxs rusiyalı deputat Sergey Mamontovdur. Hadisədən bir müddət sonra deputat polis bölməsinə gedərək məsələ barədə məlumat verib.
Boqdan adlı 6 yaşlı uşağın isə hazırda ağır vəziyyətdə xəstəxanada olduğu bildirilir.
Uşağın anası xəstəxanadan qayıdandan sonra evdə quraşdırılmış müşahidə kameralarından videoya baxıb. Görüntülərdə maşının həyətə daxil olarkən uşağı əzərək üzərindən keçdiyini görüb.
Aparılan ekspertiza qəza zamanı sürücü ayıq olub. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 125-ci maddəsi (təhlükədə buraxmaq) ilə deputatı bir il həbs cəzası gözləyir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox