Rusiya Ukraynanın 10 vilayətində elektrik şəbəkəsi obyektlərini atəşə tutub
Rusiya qoşunları ölkənin hərbi obyektlərini deyil, mühüm mülki infrastruktur obyektlərini sistemli şəkildə atəşə tutur. BBC agentliyi xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıxal bildirib.
Onun sözlərinə görə, bazar ertəsi Rusiyanın pilotsuz təyyarələri birdən-birə 10 regiona zərbələr endirib, əksəriyyəti enerji obyektləri olan 18 obyektin fəaliyyətini pozub, 7 rayonda yüzlərlə Ukrayna yaşayış məntəqəsini işıqsız qoyub.
Eyni zamanda, baş nazir bazar ertəsi atılan raketlərin böyük əksəriyyətinin Ukraynanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasına aydınlıq gətirib.
Rusiya Müdafiə Nazirliyi bazar ertəsi səhər saatlarında Ukraynanın enerji obyektlərinə raket zərbələri endirdiyini etiraf edib. "Zərbələrin hədəflərinə nail olunub. Bütün təyin olunmuş hədəflər vurulub", - Rusiya Müdafiə Nazirliyinin sözçüsü bildirib.
Paytaxt bölgəsində, eləcə də Zaporojye, Dnepropetrovsk və Xarkov vilayətlərində yerli fövqəladə dayandırmalar davam edir, Şmıxal bir daha ölkə sakinlərini elektrik enerjisi istehlakını mümkün qədər minimuma endirməyə çağırır, xüsusən gündüzlər.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox