• $
  • £

Başqa ali məktəblərin 347 məzunu bu universiteti seçib

Başqa ali məktəblərin 347 məzunu bu universiteti seçib
31.10.2022 23:00
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistratura səviyyəsinə 2022-2023-cü tədris ili üzrə 552 tələbə qəbul olub. Bunlardan 347 nəfəri, başqa sözlə 60%-i bakalavr təhsilini başqa ali təhsil müəssisələrində alıb.

Bu sözləri AzMİU-nun Magistratura Mərkəzinin direktoru, dosent Rövşən Səmədov universitetin Elmi Şurasında "2022/2023-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” adlı hesabat çıxışında deyib.

Mərkəz direktoru bildirib ki, başqa ali təhsil müəssisələri məzunları arasında AzMİU-nu seçənlərin sayındakı artım tempi son 4 ildir ki, davam edir.

"Artım tempi 2019-2020-ci tədris ilindən etibarən davam edir. Belə ki, AzMİU-ya magistratura səviyyəsi üzrə qəbul olan tələbələrin 2019-2020-ci tədris ilində 56%, 2020-2021-ci tədris ilində 57%, 2021-2022-ci tədris ilində 69%, cari tədris ilində isə 60%-i başqa universitetlərin məzunları olub. Apardığımız analizlər göstərir ki, son illər universitetdə həyata keçirilən elmi-texniki yeniliklər, tədris laboratoriyalarının gücləndirilməsi, şəfaf imtahan prosesinin təşkili və yaradılan bu kimi digər imkanlar ümumilikdə qəbulun səviyyəsinin, o cümlədən başqa ali təhsil müəssisələri məzunların arasında AzMİU-nu seçənlərin sayının yüksəlməsinə səbəb olub”.  

Rövşən Səmədov əlavə edib, 2022/2023-cü tədris ilində AzMİU-nun magistratura səviyyəsinə tələbə qəbulu üzrə plan yeri 92% yerinə yetirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol