Fransa Ukrayna taxılının quru yolu ilə ixracı üçün yeni təkliflər hazırlayır
Fransa hökuməti digər Aİ ölkələri ilə birlikdə Ukraynadan taxılın quru dəhlizləri vasitəsilə ixracı üçün yeni təkliflər hazırlayır. BBC agentliyinin məlumatına görə bunu Fransanın kənd təsərrüfatı naziri bildirib.
"Biz bunu tez-tez Avropa səviyyəsində müzakirə edirik - biz dənizlə daşınmanın mümkün olmadığı bir vəziyyətdə onu quru nəqliyyatı ilə həyata keçirməyin mümkün olub-olmadığını müəyyən etməyə çalışırıq", - Mark Fesno radioya müsahibəsində bildirib.
Bu arada Almaniya hökuməti Moskvanı taxıl müqaviləsinə qayıtmağa çağırıb. Hökumət sözçüsü Steffen Hebestreitin sözlərinə görə, taxıl ixracı sazişi son dərəcə uğurlu olub.
www.anews.az

Onun sözlərinə görə, belə marşrutlar Rumıniya və ya Polşadan keçə bilərdi.
"Biz Vladimir Putindən asılı olmadığımızı göstərməyə və bu sistemi inkişaf etdirməyə çalışacayıq", - nazir əlavə edib.
Onun sözlərinə görə, o, artıq bu məsələni digər Avropa ölkələri, xüsusən də Almaniya ilə müzakirə edib.
Bu arada Almaniya hökuməti Moskvanı taxıl müqaviləsinə qayıtmağa çağırıb. Hökumət sözçüsü Steffen Hebestreitin sözlərinə görə, taxıl ixracı sazişi son dərəcə uğurlu olub.
Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz növbəsində Ukrayna taxılının ilk növbədə dəniz yolu ilə ixracının təmin edilməsinin vacibliyini vurğulayıb.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox