London Rusiyadan qızıl idxalına qadağaları genişləndirir
Britaniya hakimiyyəti Rusiyadan qızıl idxalı ilə bağlı qadağanedici tədbirləri genişləndirib. Bundan sonra üçüncü ölkələrdə emal olunmuş Rusiya qızılı olan məhsulların ölkəyə idxalına icazə verilmir. Bu barədə Britaniya hökumətinin saytında çərşənbə günü xəbər verilir.
"Qızılın idxalı və alınmasına və üçüncü ölkədə emal edilmiş və Rusiya qızılı olan qızıla aid əlavə xidmətlərə dair mövcud qadağalar genişləndirilir", - hökumətin saytında deyilir.
Bundan əlavə, Böyük Britaniya şəxsi istifadə üçün idxal və ixrac halları istisna olmaqla, Rusiyadan qızıl zinət əşyalarının idxalına qadağa qoyub.
Böyük Britaniya iyulun 21-də Rusiyadan qızıl idxalına qadağa qoyub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox