• $
  • £

Ukrayna mühacirət üçün müraciət edən Rusiya vətəndaşlarının ərizəsinə baxmayacaq

Ukrayna mühacirət üçün müraciət edən Rusiya vətəndaşlarının ərizəsinə baxmayacaq
02.11.2022 17:08
Ukrayna Miqrasiya Xidməti Ukrayna ərazisində ailə və ya əmək münasibətləri olmayan Rusiya vətəndaşlarından mühacirət, qeydiyyat və ya yaşayış icazələrinin dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulunu dayandırıb. Bu barədə BBC agentliyi məlumat verib.

Miqrasiya Xidməti əvvəllər verilmiş ərizələrə baxılmasını dayandırır.


Departamentin rəsmi məlumatında deyilir ki, bu tədbirlər noyabrın 1-dən və hərbi vəziyyətin bütün müddəti ərzində (Ukraynada fevralın 24-də tətbiq edilib) qüvvədə olacaq.


Yalnız Ukrayna vətəndaşları ilə ailə və ya qohumluq əlaqələri olan Rusiya Federasiyasının vətəndaşları istisnadır. Bundan əlavə, məhdudiyyətlər Ukrayna Silahlı Qüvvələrində üç ildən artıq xidmət etmiş və ya işləmək üçün qanuni yolla Ukraynaya gəlmiş ruslara şamil edilməyəcək. Onlar sənədlərini yeniləmək üçün bir ay ərzində miqrasiya xidmətinə müraciət etməli olacaqlar.


İyulun 1-dən Ukrayna Rusiya ilə viza rejimi tətbiq edib. Viza almaq üçün tələb olunan sənədlər arasında Ukrayna tərəfdən notarial qaydada təsdiq edilmiş dəvətnamə də var.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
Dünya 23:35
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2400-ü keçib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Dünya 22:58
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
Dünya 18:09
Ermənistanın müdafiə naziri Gürcüstana səfər edib
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan
Dünya 10:48
"Həyat yoldaşım Bakıya gəlməyə hazırdır"- Vardanyan

İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Dünya 10:12
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Dünya 23:13
Tramp: ABŞ İrana qarşı müharibədə böyük fərqlə qalib gəlir
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
Dünya 22:15
Əraqçi və Lavrov regional məsələləri müzakirə ediblər
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Dünya 21:25
İsrail və Livan arasında danışıqların ikinci raundu ABŞ-də keçiriləcək
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Dünya 21:10
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol